Ucnoqta.az
www.ucnoqta.az

"Toyota Prius" yaşlı kişini vuraraq öldürüb

09:53 - 24 Oktyabr 2022 tarixində dərc olunub.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Tural İmanovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil yolu keçən şəxsiyyəti məlum olmayan 65-70 yaşlarında kişini vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: