Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 545 vaksin vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 186 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.