Ucnoqta.az
www.ucnoqta.az

"Bakı-Sumqayıt yolunda sıxlıq xeyli azalacaq" - <font color=red><b>Ekspert</b></font>

16:40 - 23 Oktyabr 2022 tarixində dərc olunub.

"Bakı ilə Sumqayıt arasında metrobus nəzərdə tutulur. Tam elektrli avtobuslar gətirilə bilər".

Ucnoqta.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, Abşeronun Masazır, Sulutəpə və Xırdalan qəsəbələrində avtobuslar yenilənəcək, interval qısalacaq. İnsanlar keyfiyyətıi ictimai nəqliyyatla təmin olunacaq: 
"Əsas hədəf isə Sumqayıtda ictimai nəqliyyatı inkişaf edtdirmək, Sumqayıtdan Bakıya birbaşa avtobus daşımalarını genişləndirməkdir. Əsas hədəf insanlara rahat və əlçatan ictimai nəqliyyat təmin etməkdir. Bununla da Bakı-Sumqayıt yolunda sıxlıq xeyli azalacaq".

"Bakıdakı kimi insanları şəxsi maşından imtina edib ictimai nəqliyyata boş-boşuna dəvət etmirlər. Əvvəl ictimai nəqliyyatı inkişaf etdirirlər, sonra çağırışlar olur. Zatən ictimai nəqliyyat inkişaf etdikcə çağırışa da ehtiyac qalmır, insanlar hər şeyi görür və dərk edir" - ekspert qeyd edib.
 

Müəllif: