Ucnoqta.az
www.ucnoqta.az

FHN Sabirabadda Mərkəzi Bazardakı yanğınla bağlı məlumat yaydı

11:11 - 23 Oktyabr 2022 tarixində dərc olunub.

Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.

Bu barədə Ucnoqta.az-a FHN-dən bildirilib.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın gecə saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Müəllif: