Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə “Niva” aşıb, sürücü ölüb

08:13 - 23 Oktyabr 2022 tarixində dərc olunub.
Daşkəsəndə ölümlə nəticələn yol qəzası baş verib. Hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Niva"ın sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerinədə ölüb, 2 nəfərin yüngül xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Müəllif: