Xəbər verdiyimiz kimi İtaliyada 20 yaşa qədər şahmatçılar arasında keçirilən dünya çempionatında qadınların yarışında Azərbaycan təmsilçisi Gövhər Beydullayeva qızıl medal qazanıb. O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.
Ucnoqta.az-ən əldə etdiyi məlumata görə, Gövhər Beydullayeva Azərbaycanda tanınmış həkim cərrah Kamran Beydullayevin qızıdır. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında cərrah-transplantoloq çalışır.
O, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. K.Beydullayevin iştirakı ilə indiyə qədər Azərbaycanda 600-dən çox orqan transplantasiya (qaraciyər və böyrək) əməliyyatı icra edilib və onun başçılığı ilə demək olar ki, bütün həcmdə açıq və laparoskopik ümumi cərrahiyyə əməliyyatları olunub. Çoxlu sayda elmi məqaləsi yerli və xarici jurnallarda dərc edilib.