Ucnoqta.az
www.ucnoqta.az

Xətai rayonunda 37 yaşlı kişini avtomobil vurub

08:01 - 21 Oktyabr 2022 tarixində dərc olunub.

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Hüseynov Elnur Mikayıl oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: