Ucnoqta.az
www.ucnoqta.az

Ticarət mərkəzinin 3-cü mərtəbəsindən yerə yıxılan qadın öldü

14:34 - 20 Oktyabr 2022 tarixində dərc olunub.

Türkiyənin Denizli şəhərində ticarət mərkəzlərinin birində bədbəxt hadisə yaşanıb. 

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, 46 yaşlı Yeliz Yeder Can naməlum səbəbdən müvazinəti itirərək ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılıb.

Ətrafdakı insanlar təcili yardım çağırıblar. Tibb işçilərinin səylərinə baxmayaraq, Y.Y.Canın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başladılıb.

 

Müəllif: