Ucnoqta.az
www.ucnoqta.az

TDT-nin müsəlman dini liderləri Şuşada namaz qılıblar

14:28 - 20 Oktyabr 2022 tarixində dərc olunub.

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar.

Birgə namazdan sonra türk birliyinin möhkəmlənməsi, ölkələrimizin rifah halının daha da yaxşılaşması üçün dualar edilib.

Dini liderlər Yuxarı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.///Apa

Müəllif: