Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış jurnalistə vəzifə verildi

15:26 - 19 Oktyabr 2022 tarixində dərc olunub.

2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə olunub. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

E.Məmmədov "apasport"a açıqlamasında göstərilən yüksək etimada görə, nazir Fərid Qayıbov başda olmaqla, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Müəllif: