Ucnoqta.az
www.ucnoqta.az

"Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib" - <font color=red><b>Nazir</b></font>

14:19 - 19 Oktyabr 2022 tarixində dərc olunub.

Azərbaycanda 2022-ci ilin yanvar-sentyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 mlrd. 77,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 mlrd. 285,8 mln. manat olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov twitter hesabında paylaşım edib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir.

Müəllif: