Ucnoqta.az
www.ucnoqta.az

"Biz Bakıda tıxaclara əlac tapmaq üçün baş sındırırıq, avtobus zolağında isə qarpız satılır" - <font color=red><b>EKSPERT</b></font>

13:08 - 19 Oktyabr 2022 tarixində dərc olunub.

"Biz Bakıda tıxaclara əlac tapmaq üçün baş sındırırıq. Babək prospektinin avtobus zolağında isə qarpız satılır. Bərəkətli olsun!"

Ucnoqta.az xəbər verir ki, bu barədə hüquqşünas, ekspert Ərşad Hüeynov sosial şəbəkədə yazıb:
"Qarpız yeyilməlidir. Yeyilmək üçün də satılmalıdır. Amma hər şey öz yerində daha gözəl olur. Bəlkə də bu qarpızları satan avtobus zolağının fərqində deyil. Amma həmin ərazidə xidmət edən polislər ona buranın statusunu xatırlatmalıydılar" - deyə ekspert qeyd edib.

Qeyd edək, ki, Bakıda qanunsuz küçə ticarətinin qarşısını almaq üçün mübarizə aparılıb. Lakin son zamanlar insanların çox olduğu yerlərdə - metrostansiyalarının çıxışında, piyada keçidlərində, avtobus dayanacaqlarının yaxınlığında, küçə və prospektlərdə belə satış nöqtələri yenidən peyda olub.
Belə ki, araşdırmamız nəticəsində məlum oldu ki, ən çox metronun "Koroğlu" stansiyasının qarşısı, Binə qəsəbəsində mərkəzi küçədə avtomobillərin hərəkət hissəsində küçə ticarəti daha da geniş yayılıb. 

Qeyd edək ki, qanunsuz küçə ticarətinə nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır.
Avtomobillərin dayanma-durma qaydalarını pozmasına isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzarət edir.

Müəllif: