Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Ucnoqta.az-a Mərkəzdən bildirilib.
- Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti əsas yol - Mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metrostansiya istiqamətində;
- Tiflis prospekti - "20 Yanvar" metrostansiyadan mərkəz istiqamətində;
- Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində;
- Mikayıl Əliyev küçəsi - Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
- 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətində;
- Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Neftçilər prospekti - Azneft dairəsi istiqamətində;
- Niyazi küçəsi - Azneft dairəsi istiqamətində;
- Babək prospekti - Mərkəz istiqamətində;
- Qara Qarayev prospekti - "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
- Mikayl Müşfiq küçəsi - Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
- Qələbə dairəsi - Mətbuat prospekti istiqamətində;
- 20 Yanvar dairəsində;
- Ağa Neymətulla küçəsi - "Nəriman Nərimanov" metrostansiyası istiqamətində;
- Sabunçu-Zabrat şosesi - "Koroğlu" metrostansiyası istiqamətində.