Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bir tədbir keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Kamran Əsədovun sözlərinə görə, tədbirdə rəsmi şəxsləri slayd əsasında çıxış - təqdimat edib:
"Müəllimi şaftalı, asfalt sözünü düz yaza bilmədiyinə görə təhqir edən qurum, 2 səhifəlik slaydda 2 səhifəlik səhv yazıb.
Öz gözünüzdə tiri görməyib, başqasında çöp axtarırsınız?
Slayd başdan ayağa səhv yazılıb. Bəs öz işçiləriniz düz yaza, oxuya bilmir, buna nə deyək?
Görün nə qədər sözü düz yaza bilməyiblər.
Xarici dildən hansısa mənbədən material götürüb google translate.google ilə tərcümə edib tədbir keçirirlər.
Hələ utanmadan bunu rəsmi saytına yerləşdirirlər".
Qeyd edək ki, təqdim edilən slaydda bu sözlər səhv yazılıb: "TövsiyYə, səviyyələTinƏ, qeyri verbal( tiresiz), pİsxoloq, valideyİn, şagirdlər sakit söhbət, əlaqə saxlanması"