Ucnoqta.az
www.ucnoqta.az

"Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır" - <font color=red><b>Çavuşoğlu</b></font>

18:43 - 17 Oktyabr 2022 tarixində dərc olunub.

"Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqzdakı sabitlik üçün son dərəcə vacibdir”.///unikal

Müəllif: