Ucnoqta.az
www.ucnoqta.az

"Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir" - <font color=red><b>MN</b></font>

13:21 - 17 Oktyabr 2022 tarixində dərc olunub.

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müəllif: