Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil yanıb

19:07 - 15 Oktyabr 2022 tarixində dərc olunub.
Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: