Ucnoqta.az
www.ucnoqta.az

İstanbul-Bakı təyyarəsi geri qayıtdı

16:16 - 15 Oktyabr 2022 tarixində dərc olunub.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

 

Müəllif: