Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda zəncirvari qəza - <font color=red><b>xəsarət alanlar var</b></font>

23:49 - 14 Oktyabr 2022 tarixində dərc olunub.

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 13-cü km-də, Vəlvələ çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen-Passat” və "VAZ-2107" markalı minik avtomobilləri paytaxt istiqamətində hərəkətdə olan “KamAZ" markalı yük maşınına çırpılıb.

Qəza zamanı Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şəfiyev Elxan Eldar oğlu, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əlirzayev Məhəmməd İdris oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şahidlərin şözlərinə görə, hadisəyə səbəb "Volkswagen-Passat”ın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır. ///report.az

Müəllif: