Ucnoqta.az
www.ucnoqta.az

Putin peşman deyil

18:16 - 14 Oktyabr 2022 tarixində dərc olunub.

Rusiya vaxtında və düzgün hərəkət edir.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransında jurnalistlərin nədənsə peşman olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

“Xeyr, əlbəttə ki, yox. Krımda 2,4 milyon insan yaşayır, onlar o vaxt götürüb suyu kəsdilər. Qoşunlar məcbur olub gəlib suyu açdılar. Bu, sadəcə olaraq, bizim hərəkətlərimizə bir nümunədir. Biz bu hərəkəti etməsəydik (xüsusi hərbi əməliyyatı -red), onda bizim üçün çox gec və pis olardı. Ona görə də mənim hərəkətlərim vaxtında və düzgündür”, - Putin vurğulayıb.

 

Müəllif: