Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arsında görüş başlayıb
Ucnoqta.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Görüş Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilir.
Görüşdə Rusiya Prezidenti Vladimir Putinin Avropadakı enerji böhranının həlli üçün Türkiyədə təbii qaz mərkəzinin yaradılması təklifinin də müzakirə olunacağı gözlənilir.