Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda dərman qıtlığı var? -<font color=red><b> Nazirlikdən açıqlama</b></font>

11:25 - 12 Oktyabr 2022 tarixində dərc olunub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilib.

"Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər. Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir", - deyə məlumatda qeyd olunub.

 

Müəllif: