Ucnoqta.az
www.ucnoqta.az

Laçında tank mərmisi və əl qumbaraları tapıldı -<font color=red><b> FOTO</b></font>

09:19 - 12 Oktyabr 2022 tarixində dərc olunub.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif: