Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemi verib
06:18 - 12 Oktyabr 2022 tarixində dərc olunub.
Almaniya Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək “IRIS-T” zenit-raket kompleksini Kiyevə təhvil verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Qeyd olunub ki, Almaniya vəd etdiyi dörd hava hücumundan müdafiə sisteminin birincisini Polşa-Ukrayna sərhədi yaxınlığında Ukraynaya transfer edib.
Sistemin təhvili cari ilin noyabr ayına planlaşdırılsa da, Rusiyanın Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirilməsi prosesi sürətləndirib.