Ucnoqta.az
www.ucnoqta.az

Deputat yol polislərindən <font color=red><b>NARAZILIQ ETDİ</b></font>

17:21 - 11 Oktyabr 2022 tarixində dərc olunub.

"Bəzi yol polislərinin yerli-yersiz avtomobilləri saxlaması, avtonəqliyyat vasitələrinin arxasınca düşüb qovması da haqlı narazılıq yaradır"

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib: “Yol polisləri millət vəkillərinə hörmətlə yanaşır, narazılığımız yoxdur. Sadəcə, bu məsələləri çoxsaylı sürücülərin maraqları üçün deyirəm. Birincisi, avtomobili qovmaq təhlükəlidir və insan tələfatına gətirib çıxara bilər. Mənim məntiqimə görə, şübhəli şəxsi, cinayətkarı qovmaq və həbs etməyə çalışmaq olar. Amma bir sürücü tabe olmadısa, digər hərəkət iştirakçılarına da təhlükə yaradaraq onu qovmağa ehtiyac yoxdur. Hər tərəf, bütün Azərbaycan kameralarla əhatə olunub. Asanlıqla o yol hərəkəti pozan avtomobili müəyyən edib aidiyyəti üzrə dəvət etmək, cərimələmək mümkündür. Avtomobil yollarında DYP postlarının funksiyasına əlavələr edilməsini də təklif edirəm. Bu postlarda avtonəqliyyat vasitələrinin saxlanması zərurəti getdikcə sıradan çıxır. Çünki onların gördüyü işi indi radarlar tam olaraq yerinə yetirə bilir. Buna görə də bu postlarda ana və uşaq otağının, əsas dərman preparatlarının satıldığı guşənin, vəziyyəti ağırlaşan avtonəqliyyat sahiblərinin müvəqqəti dincələ biləcəyi otağın təşkil edilməsini, icbari sığorta və digər xidmətlərin göstərilməsini istərdim. Bu posta yaxınlaşan sürücü qayda pozuntusu ilə bağlı yalnız narahatlıq hissi yox, həm də xidmət görüb xoş hisslər keçirsin. Bu, həm də polislə vətəndaşlar arasında daha böyük dostluq körpüsünün yaradılmasına yardımçı olar”.

Müəllif: