Ucnoqta.az
www.ucnoqta.az

Diplomatik pasportu olanlar Kambocaya vizasız gedəcək

12:51 - 11 Oktyabr 2022 tarixində dərc olunub.

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə baxıb.

Sənədi deputat Elman Nəsirov təqdim edib.

O qeyd edib ki, sazişə əsasən diplomatik pasporta malik şəxslər viza tələbindən azad edilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.///axar.az

Müəllif: