Ucnoqta.az
www.ucnoqta.az

İl ərzində 210 min qaz sayğacı dəyişdirilib – <font color=red><b>“Azəriqaz”</b></font>

12:31 - 7 Oktyabr 2022 tarixində dərc olunub.

“Bu gün 2,4 milyona yaxın abonent qaz sayğacları ilə təmin edilib. 2022-ci ilin əvvəlində 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfrlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”.

Ucnoqta.az xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisi Rövşən Mehiyəddinov deyib.

Müəllif: