Ucnoqta.az
www.ucnoqta.az

Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb

17:29 - 4 Oktyabr 2022 tarixində dərc olunub.

Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Daşkəsən rayonunun Buğdadağ adlanan ərazidə oktyabrın 1-2-də erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Həmin partlayıcı vasitələrin Vətən müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.

Müəllif: