Ucnoqta.az
www.ucnoqta.az

"COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb" -<font color=red><b> İlham Əliyev</b></font>

13:35 - 4 Oktyabr 2022 tarixində dərc olunub.

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb”.

Ucnoqta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən bildirib.

“Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər”, - dövlət başçısı vurğulayıb.

Müəllif: