Ucnoqta.az
www.ucnoqta.az

Bakıda doğum evinin rəhbəri vəzifəsinə təyinat olub

12:09 - 4 Oktyabr 2022 tarixində dərc olunub.

Zeynəb Hüseynova “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsin direktor müavini-doğum evinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

O, bu gündən işə başlayıb.

Qeyd edək ki, Zeynəb Sadıx qızı Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb.

Tibb üzrə fəlsəfə doktorudur.

Daha öncə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

Müəllif: