Ucnoqta.az
www.ucnoqta.az

Son iki ildə 2 uşaq insan alverinin qurbanı olub

10:48 - 4 Oktyabr 2022 tarixində dərc olunub.

2020-2021-ci illərdə müəyyən edilən 189 insan alveri qurbanından 184-ü qadın, 5-i kişi, o cümlədən 2-i uşaqdır.

Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Samir Qarayev İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, həmin dövr ərzində insan alveri qurbanlarından 1-i əcnəbi, yəni Rusiya vətəndaşı, 188-i isə Azərbaycan vətəndaşı olub:

"Qurbanların hər birinə 700 manat məbləğində birdəfəlik müavinət ödənilib, tibbi, psixoloji, hüquqi yardımlar göstərilib va sosial xidmətlərlə əhatə olunması məqsədilə aidiyyəti üzrə yönləndirilib".///Apa

Müəllif: