Ucnoqta.az
www.ucnoqta.az

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

09:19 - 4 Oktyabr 2022 tarixində dərc olunub.

Fransanın altı şəhəri bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcəyini açıqlayıb.

"Report" "Ge.globo" nəşrinə istinadən xəbər verir ki, bunlar paytaxt Paris, Marsel, Lill, Strasburq, Reyms və Bordodur.

Həmin şəhərlərdə mundialın canlı oyunları və turnirlə bağlı digər tədbirlər təşkil olunmayacaq. Şəhərlərin rəhbərlikləri yarışın ev sahibi kimi Qətərin seçilməsinə etiraz olaraq bu addımı atıb.

Müəllif: