Ucnoqta.az
www.ucnoqta.az

Qadınları Türkiyədə fahişəliyə cəlb edən şəxs <font color=red><b>HƏBS OLUNDU</b></font>

17:28 - 3 Oktyabr 2022 tarixində dərc olunub.

Qadınları Türkiyəyə aparıb orada fahişəliyə cəlb edən şəxsə hökm oxunub.

 Elnarə Əliyeva (soyad şərtidir) Azərbaycanda tanış olduğu bir neçə qadını yüksək maaşı olan işə düzəldəcəyini vəd edərək Türkiyəyə aparmağa razı salıb.

O, həmin qadınları Türkiyədə fahişəliyə cəlb edib. Bu yolla əldə edilən pulun bir hissəsini də özünə götürüb. Məhkəmədə ifadə verən E. Əliyeva özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxslər isə E. Əliyevanın sözləri ilə razılaşmayıb, onları aldadaraq Türkiyədə cinsi istismara məruz qoyduğunu bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.///unikal

Müəllif: