Ucnoqta.az
www.ucnoqta.az

Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlandı

10:21 - 3 Oktyabr 2022 tarixində dərc olunub.

Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: