Ucnoqta.az
www.ucnoqta.az

Direktor olmaq istəyən 1022 nəfər üçün esse mərhələsi keçiriləcək

08:14 - 1 Oktyabr 2022 tarixində dərc olunub.
Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində təşkil ediləcək. Esse mərhələsində 1 022 namizədin iştirakı nəzərdə tutulur. Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Müəllif: