Ucnoqta.az
www.ucnoqta.az

Tofiq Yaqublu sərbəst buraxıldı - <font color=red><b>DİN (YENİLƏNİB)</b></font>

18:30 - 30 Sentyabr 2022 tarixində dərc olunub.

Tofiq Yaqublu sərbəst buraxılıb.

APA xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

12:25

DİN Tofiq Yaqublunun saxlanılması barədə məlumat yayıb.


DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ucnoqta.az-a bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.

11:21

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tofiq Yaqublunun hansı səbəbdən saxlanıldığı barədə hələ ki rəsmi məlumat verilməyib. 

 

Müəllif: