Ucnoqta.az
www.ucnoqta.az

Bakıda keçirilən NATO kursu başa çatıb -<font color=red><b> FOTO</b></font>

10:21 - 30 Sentyabr 2022 tarixində dərc olunub.

NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

MN-dən Ucnoqta.az-a verilən məlumata görə, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.
Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.

 

Müəllif: