Bakı Nəqliyyat Agentliyi (BNA) ona görə yaradıldı ki, ictimai nəqliyyatı inkişaf etdirsin, taksi fəaliyyətini təkmilləşdirsin, parkinqi idarə etsin.
Ucnoqta.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı deyib. Ekspert qeyd edir ki, BNA bu vəzifələri həll etməli idi:
1)İctimai nəqliyyat bərbad gündədir. Hər gün daha da geri gedir.
2) Taksidə xaos hökm sürür. Biabırçı vəziyyət yaranıb.
3) Parklanma məsələsi lap biabırçılıqdır. BNA heç nə edə bilmədi. Kamera ilə qanunsuz protokollar yazmaqdan başqa bir iş görmədi".
Elməddin Muradlı qeyd edir ki, o zaman sual yaranır; BNA kimə və ya nəyə lazımdır?
"Haqq üçün deyim ki, BNA-nın hərəkətin təşkili ilə bağlı gördüyü xeyli işlər var. Bunları danmaq olmaz. Qalan 3 vacib məsələdə isə heç bir uğur qazana bilmədi. Əksinə, vəziyyət daha da pisləşdi..."