Ucnoqta.az
www.ucnoqta.az

"1-ci yer uğrunda mübarizə apara bilərdik" - <font color=red><b>Canni De Byazi</b></font>

22:25 - 25 Sentyabr 2022 tarixində dərc olunub.

"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimiz alındı".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş mşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

İtaliyalı mütəxəssis turnirin startından öncə qrup 2-ciliyi haqqında düşündüklərini bildirib: "Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq".

Müəllif: