Ucnoqta.az
www.ucnoqta.az

İki avtomobil toqquşub - <font color=red><b>azyaşlı xəsarət alıb</b></font>

09:56 - 25 Sentyabr 2022 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Əhmədli Həbib Ramin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: