Ucnoqta.az
www.ucnoqta.az

DİN əməliyyat keçirdi - <font color=red><b>saxlanılanlar var - FOTO/VİDEO</b></font>

13:32 - 24 Sentyabr 2022 tarixində dərc olunub.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Müəllif: