Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda zavodda bədbəxt hadisə -<font color=red><b> Ölən var</b></font>

09:51 - 23 Sentyabr 2022 tarixində dərc olunub.

Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodda fəhlə işləyən 1993-cü il təvəllüdlü Allahverdiyev Güloğlan Bəkir oğlu bunker adlanan tikilidən yıxılıb. Ağır xəsarətlər alan 29 yaşlı işçi xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxiləyə baxmayaraq, gənc Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif: