Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa yoluxanların sayı<font color=red><b> AÇIQLANDI</b></font>

16:36 - 20 Sentyabr 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.

Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.

 

Müəllif: