Ucnoqta.az
www.ucnoqta.az

Havanın temperaturu yenidən yüksələcək - <font color=red><b>VİDEO</b></font>

09:45 - 19 Sentyabr 2022 tarixində dərc olunub.

Sentyabrın 19-u və 20-də ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-65 % təşkil edəcək.

 Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

Qeyd edək ki, həftə ərzində ölkə ərazisində hava ilə bağlı mühim bir dəyişiklik gözlənilmir. ///xezerxeber.az

 

Müəllif: