Ucnoqta.az
www.ucnoqta.az

Qırğızıstanda matəm elan olundu

15:00 - 18 Sentyabr 2022 tarixində dərc olunub.

Qırğızıstanda Tacikistanla sərhəd münaqişəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edilib.

Qırğızıstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-u dövlət müəssisələri üzərində dalğalanan bayraqlar yarıyadək endiriləcək. Həmçinin, ölkənin müxtəlif bölgələrində müvafiq tədbirlər təşkil olunacaq.

Qeyd edək ki,  Tacikistanla münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub.///oxu.az

Müəllif: