Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda ağır qəza - <font color=red><b>ana və iki uşaq yaralanıb</b></font>

14:49 - 18 Sentyabr 2022 tarixində dərc olunub.

Hacıqabulda qadın sürücü qəza törədib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb.

Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: