Ucnoqta.az
www.ucnoqta.az

Elçin Sadıqov aclıq aksiyasına başladı

16:35 - 16 Sentyabr 2022 tarixində dərc olunub.

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

"Qafqazinfo" xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Vəkil İradə Cavadova məhkəmə iclasından sonra juralistlərə bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib. 

Növbəti proses sentyabrın 17-də olacaq.

Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rrayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müəllif: