"Şəhidin qardaşının videosu ilk olaraq Həbib Müntəzir adlı blogerin profilindən yayılıb…Yoxlaya bilərsiz! Nəticəni artıq özünüz çıxarın!"
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə jurnalist Eynulla Fətullayev çıxış edib.
Qeyd edək ki, bundan əvvəlki açıqlamasında şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun videosunun Müdafiə Nazirliyinin binasında çəkildiyini bildirmişdi.
O, ötən gün Sənanla görüşü və sonradan təkzib videosunun yayılması haqda mövqeyini açıqlayıb:
“Bir daha aydınlıq gətirirəm. Dünən şəhid Səbuhi Əhmədovun qardaşı Sənanla görüşdüm, 10-15 dəqiqə ərzində söhbət etdik. Və qərara gəldim ki, onun söylədikləri araşdırılmalıdır. Bir neçə saatdan sonra isə məlum video peyda oldu…
Təəssüflənirəm!”
Qeyd edək ki, şəhid qardaşının sosial şəbəkədə yayılmış videosu müzakirələr səbəb olub.