Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasındakı yanğın söndürülüb -<font color=red><b> YENİLƏNİB</b></font>

22:19 - 15 Sentyabr 2022 tarixində dərc olunub.

Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

20:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

///unikal

Müəllif: