Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşüb - <font color=red><b>FOTO</b></font>

09:40 - 15 Sentyabr 2022 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda ehtiyyatsızlıqdan bir nəfər ağır xəsarət alıb.

Hadisə 28 May küçəsində qeydə alınıb.

Belə ki, beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1997-ci il təvvəllüdlü Quliyev Rüfət Vidadi oğlu yataq otağının pəncərindən yıxılıb.

O zərbə nəticəsində baş və bədənin müxtəlif nahiyyələrindən ağır xəsarət alıb.

Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.///Apa

Müəllif: